Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır
Hadisə
24 İyun , 2017 08:17
Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bayıl qəsəbəsində 1989-cu il təvəllüdlü Nəsirov Nicat Rövşən oğlu evinin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. 

N.Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi