Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb

Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
25 Oktyabr , 2016 09:37
Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda qonşular arasında dava düşüb, onlardan biri xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, Sərabski küçəsi 18 ünvanında qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılov Amil Qnyaz oğlu qonşusu ilə mübahisə edib. Söz mübahisəsi əlbəyaxa davaya çevrilib. A.İsmayılov qonşusunun bel ilə hücumuna məruz qalıb. Baş və bədən nahiyəsindən aldığı xəsarətlərdən huşunu itirən A.İsmayılov 1 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi