Bakı sakini otelin 7-ci mərtəbəsindən yıxılaraq ölüb

Bakı sakini otelin 7-ci mərtəbəsindən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 May , 2017 12:22
Bakı sakini otelin 7-ci mərtəbəsindən yıxılaraq ölüb

Bakı. 27 may. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi