Bakı sakini metroda təhlükəli vəziyyət yaradıb
Hadisə
- 04 dekabr, 2017
- 15:32
Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı metrosunda 40 yaşlı kişi qatar vaqonları arasında getməyə cəhd göstərib.
"Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Sabir Siyavuş oğlu Nuriyev həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib: "Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı, baş verə biləcək bədbəxt hadisəyə də mane olublar. Həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib".
Faktla bağlı "Bakı Metropoliteni"ndə Poliş Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
01:25
Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
Digər ölkələr00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21
İran istənilən neft ixrac marşrutuna hücuma hazır olduğunu bildirib
Region23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Digər ölkələr22:39
Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib
Futbol22:32