Bakı sakini həyətində bıçaqlandı

Bakı sakini həyətində bıçaqlandı Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
884
29 Avqust , 2020 23:39
Bakı sakini həyətində bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu tanıdığı şəxs tərəfindən yaşadığı evin həyətində bıçaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə  3 nömrəli Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda sol saidin və əlin kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi