Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

Bakı sakini elektrik mişarı ilə ayağını kəsib Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
Hadisə
2 Oktyabr , 2017 08:34
Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Binə qəsəbəsi, Atçılıq sovxozu kimi tanınan ərazidə yaşayan 1960-ci il təvəllüdlü Ağayev Hidayət Şura oğlu evin həyətyanı sahəsində iş görən zaman ehtiyatsızlıqdan elektrik mişarı sağ ayağının bud nahiyəsini kəsib.

Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi