Bakı. 11 avqust. REPORT.AZ/ Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunun Hökməli qəsəbəsində yaşayan Vəlican Rəhimovu yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.