Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, qəsəbədə yaşayan Bəxtiyar Həsənov həyətində yerləşən hamam otağında söküntü işləri apararkən tavan üzərinə düşüb. Xəstəxanaya yerləşdirilmiş B.Həsənov orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.