Bakı sakini ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət alıb

Bakı sakini ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət alıb O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
Hadisə
19 İyun , 2017 14:43
Bakı sakini ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət alıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü M.Rəhimov hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi