Bakı sakinini parkda üç nəfər döyərək pulunu və telefonlarını alıb
Hadisə
- 02 oktyabr, 2019
- 08:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda quldurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:47
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
Xarici siyasət
19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
Daxili siyasət
19:41
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib
Digər ölkələr
19:35
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Fərdi
19:34
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Daxili siyasət
19:29
"Slaviya"nın futbolçusu Tomaş Vlçeki: "Sabah"la qarşılaşacağımız üçün həyəcanlıyam"
Futbol
19:24
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah" çox yaxşı komandadır"
Futbol
19:20
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur
Media
19:19
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
Xarici siyasət