Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
Hadisə
- 15 avqust, 2018
- 08:41
Bakı. 15 avqust. REPORT.AZ/ Sabahdan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start veriləcək.
“Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri yolun Quba istiqamətində aparılacaq və bir neçə gün davam edəcək.
Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Son xəbərlər
12:06
Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
Digər ölkələr11:51
Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub
Fərdi11:41
Tailand Kamboca ilə toqquşmalara görə komendant saatı tətbiq edib
Digər ölkələr11:04
NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib
Digər ölkələr10:35
Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb
Digər ölkələr10:19
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub
Komanda10:10
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
Mədəniyyət siyasəti09:56
Amerikanın "Electron" raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb
Digər ölkələr09:41