Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb - FOTO Piyada qəfil maşının yoluna çıxıb
Hadisə
1 Fevral , 2018 01:03
Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi