Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 05 aprel, 2024
- 08:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan “Kia” markalı minik maşınına çırpılıb.
Nəticədə “Mercedes”in sürücüsü, Lerik sakini, 33 yaşlı Suvarov İlkin Elsevən oğlu və “Kia”da olan qadın sərnişin xəsarət alıb.
“Kia”nın sürücüsü, Bakı şəhər sakini, 48 yaşlı Quliyev Yasin Əli oğlu isə heç bir xəsarət almayıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:44
"O Jogo": Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib
Futbol03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12
Tramp: ABŞ hərbçiləri üç gündə Hörmüzdən rekord miqdarda neftin çıxarılmasına kömək edib
Digər ölkələr00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37
"Marca": Ronaldu Portuqaliya yığmasında karyerasını başa vura bilər
Futbol00:24