Yuxarı

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, ölən var

Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində “Shacman” və “QAZ” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZ” markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi