Bakı-Qazax magistralında yol qəzası olub, xəsarət alan var - YENİLƏNİB

Hadisə
  • 03 aprel, 2018
  • 05:21
Bakı-Qazax magistralında yol qəzası olub, xəsarət alan var - YENİLƏNİB
Report

Şəmkir. 3 aprel. REPORT.AZ/ Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1971-cı il təvəllüdlü Abbasov Vilayət Ənvər oğlu sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə çırpıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.


*** 09:08

Şəmkir. 3 aprel. REPORT.AZ/ Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

Faktla bağlı araşdırmalara başlanılıb.