Bakı polisi: Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır

Bakı polisi: Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır “Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.
Hadisə
13 Noyabr , 2019 09:28
Bakı polisi: Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi