Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.
"Report" xəbər verir ki, hadisə metropolitenin "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasındakı keçiddə baş verib.
Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.
Polis faktla bağlı araşdırma aparır.