Yuxarı
    Bağlamaq

    Bakı Metropolitenində cibgirlik edən şəxs tutulub

    Hadisə “Sahil” stansiyasında qeydə alınıb

    Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Metropolitenində cibgirlik edən şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, metronun “Sahil” stansiyasında Bakı şəhər sakini Flora İsgəndərovanın içərisində pul, şəxsiyyət vəsiqəsi və metro kartı olan pul qabını oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Hüseynov tutulub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi