Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb Daha bir nəfər isə döyülərək xəsarət alıb
Hadisə
24 Noyabr , 2017 03:56
Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb
Report

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi