Bakı-Ələt yolunda mərmər yüklü nəqliyyat vasitəsi aşıb - FOTO

Bakı-Ələt yolunda mərmər yüklü nəqliyyat vasitəsi aşıb - FOTO Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı-Ələt yolunda mərmər daşıyan TIR yük avtomobili qəza törədib.
Hadisə
9 Noyabr , 2018 13:47
Bakı-Ələt yolunda mərmər yüklü nəqliyyat vasitəsi aşıb - FOTO
Report

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı-Ələt yolunda mərmər daşıyan TIR yük avtomobili qəza törədib.

"Report"un əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin qabaq təkəri partlayıb. Nəticədə yük maşını qarşısındakı "Mercedes" markalı avtomobili vurub. Zərbənin təsirindən TIR yolun kənarına düşərək aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Səlcuq Elçin

Son xəbərlər

Orphus sistemi