Ələtdə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb

Ələtdə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
Hadisə
688
18 Dekabr , 2021 01:25
Ələtdə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Növbətçi cərrah Ramiz Kərimov “Report”a bildirib ki, onlardan altı nəfəri hospitalizasiya edilib.

Onun sözlərinə görə, ağır kəllə-beyin travması alan 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu və qapalı kəllə beyin travması, baş beyin əzilməsi diaqnozları ilə Əliyeva Samirə Nüsrət qızı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

“Uşağın vəziyyəti ağırdır. Üç nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. Digər dörd nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.

Növbətçi cərrah Ramiz Kərimov
Növbətçi cərrah Ramiz Kərimov
2021-12-17 23:42

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

"Report" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Yaralıların siyahısı belədir:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfəri reanimasiyadadır, 1 nəfər neyrotravma, daha birisi isə travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

23:19

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.

"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - Mərkəz rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi