"Bakı Cihazqayırma Zavodu" cərimələnib
Hadisə
- 24 iyun, 2019
- 09:07
"Bakı Cihazqayırma Zavodu” MMC inzibati qaydada cərimə edilib.
"Report"un xəbərinə görə, zavod nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsində təqsirli bilinib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Son xəbərlər
09:31
UEFA Çempionlar Liqası: "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək
Futbol09:25
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:21
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Komanda09:19
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 162-yə çatıb, 116 nəfər təxliyə edilib - YENİLƏNİB
Digər ölkələr09:13
UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
Futbol09:03
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə08:59
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.08.2026)
Maliyyə08:42
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.08.2026)
Maliyyə08:42