Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb

Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb Hadisə kollecin həyətyanı sahəsində baş verib
Hadisə
14 Dekabr , 2017 07:41
Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Biznes və Kooperasiya Kollecində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün günorta saatlarında kollecin həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, 17 yaşlı Cəfərli Ayxan Rövşən oğlu kollecin tələbəsi ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

A.Cəfərlinin yaxınları "Report"u redaksiyasına müraciət edərək bildirib ki, insident kollecin həyətində deyil, inzibati binasında baş verib: "Hadisə ehtiyatsızlıq nəticəsində olub".

Son xəbərlər

Orphus sistemi