Bakı-Balakən sərnişin qatarında ölüm hadisəsi baş verib

Bakı-Balakən sərnişin qatarında ölüm hadisəsi baş verib Qax. 8 dekabr. REPORT.AZ/ Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.
Hadisə
8 Dekabr , 2018 12:11
Bakı-Balakən sərnişin qatarında ölüm hadisəsi baş verib

Qax. 8 dekabr. REPORT.AZ/ Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.

Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub. Təcili Tibbi Yardımdan "Report"a verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı gösətərilir.

Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi