Bakı Apellyasiya Məhkəməsi prokurorun verdiyi protesti təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi prokurorun verdiyi protesti təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
11 Yanvar , 2017 10:22
Bakı Apellyasiya Məhkəməsi prokurorun verdiyi protesti təmin etməyib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vüqar Fəttayev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və V.Fəttayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2015-ci ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib.1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq zərbəsi vurub.  V.Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V.Fəttayev tutularaq istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Ötən il may ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi