Yuxarı

Bakıdakı İstintaq Təcridxanasında nikah mərasimi keçirilib

Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıdakı istintaq təcridxanasında (İT) nikah mərasimi keçirilib. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, 3 saylı İT-də saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında PX-nin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi