Bakıda quldurluqla məşğul olan şəxslər tutulub

Bakıda quldurluqla məşğul olan şəxslər tutulub Onlar gözətçinin əlini və ağzını "skotç"la bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındırıblar
Hadisə
30 Oktyabr , 2014 11:21
Bakıda quldurluqla məşğul olan şəxslər tutulub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar. Məlum olub ki, onlar bu il aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını "skotç"la bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompüteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi