Qaradağ RPİ və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini 52 yaşlı Eyvaz Allahverdiyev saxlanılıb. Onun Sahil qəsəbəsində yaşadığı evə baxış zamanı çarpayının altından 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 2 ədəd avtomat sandıqçası, 110 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd tüstü şaşkası aşkar edilərək götürülüb. Saxlanılan şəxs bildirib ki, silah sursat guya ona dünyasını dəyişən qardaşından qalıb. O, 2000-ci ilin əvvəllərində əldə etdiyi silah-sursatı evində yatdığı çarpayının altında gizlədib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Silah-sursat kriminalistik ekspertizaya göndərilib.