Yuxarı

Bakıda intihara cəhd edən şəxsin şikayəti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib

Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib. Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

F.Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi