Bakıda dələduzluqla məşğul olan qadının əməli polis tərəfindən sübuta yetirilib

Bakıda dələduzluqla məşğul olan qadının əməli polis tərəfindən sübuta yetirilib Onun zərərçəkənlərin 82 min 500 manat pulunu mənimsədiyi məlum olub
Hadisə
26 Sentyabr , 2014 14:23
Bakıda dələduzluqla məşğul olan qadının əməli polis tərəfindən sübuta yetirilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda dələduzluqla məşğul olan qadının əməlləri polislər tərəfindən sübuta yetirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanaraq onları aldatdığı məlum olub. S.Vəliyevanın zərərçəkənlərdən müvafiq olaraq  15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi