Bakıda bıçaqlanma hadisəsi olub

Bakıda bıçaqlanma hadisəsi olub Hadisə zamanı Zərdabdan paytaxta qardaşıgilə qonaq gələn şəxs bıçaqlanıb
Hadisə
5 Sentyabr , 2014 10:03
Bakıda bıçaqlanma hadisəsi olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Binəqədi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsindəki "Zəngəzur" restoranının yaxınlığında baş verib. Hadisə zamanı Zərdab rayonundan paytaxta qardaşıgilə qonaq gələn 1976-cı il təvəllüdlü Qurbanov Ədalət Ağasif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda Binəqədi RPİ əməkdaşları Ədalət Qurbanovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi