Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub Saxlanılan şəxs avtomaşınlardan pul və qiymətli əşyalar oğurlayıb
Hadisə
5 Sentyabr , 2014 15:52
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
Bakı. 5 sentyabr.REPORT.AZ/ Bakı şəhərində avtomaşınlardan oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Report-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Pirquliyev Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Araşdırma zamanı məlum olub ki, Pirquliyev Şahin Mustafayev küçəsində Elşən İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən, şüşəni çıxarma yolu ilə içərisində 430 manat olan pul kisəsi, Alı Alıyev küçəsində Zaur Məmmədova məxsus “Niva” markalı avtomobildən pul oğurlayıb.

Həmçinin məlum olub ki, K.Pirquliyev bu il iyulun 6-na keçən gecə A.Qərib küçəsində Rüfət Orucova məxsus “Mercedes” markalı avtomobildən, şüşəni sındırmaqla 420 manat pul və qol saatı, avqustun 8-nə keçən gecə Bakı Ət Kombinatı küçəsində Rəhman Salmanzadəyə məxsus “Mercedes” markalı avtomobildən 4 ədəd telefon, A.Qərib küçəsində Ruslan Nəsibovun idarə etdiyi “Shevrolet” markalı avtomobildən 50 manat, ətir, eynək, 10 qutu siqaret və kredit kartı, avqustun 19-da isə həmin küçədə Ədalət Manafova məxsus “VAZ-2107” markalı avtomobildən, şuşəni çıxarmaqla 100 manat və yaddaş kartı oğurlayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi