Yuxarı

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında bıçaqlanma baş verib

Polislər zərərçəkəni bıçaqlayan şəxsin axtarışlarını davam etdirir

Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib. Bu barədə "Report"a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında 1977-ci il təvəllüdlü Camalov Eldar Zaur oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti ağır olduğundan hadisə ilə bağlı izahatını almaq mümkün olmayıb. Hadisə ilə bağlı Binəqədi RPİ-nin əməkdaşları araşdırmalara başlayıblar.

Hazırda polislər E.Camalovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi