Badamdarda silah-sursat tapılıb

Hadisə
  • 25 dekabr, 2018
  • 08:26
Badamdarda silah-sursat tapılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda silah-sursat tapılıb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Səbail rayon Polis idarəsi 41-ci polis bölməsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində 1 ədəd “AK” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədəd patron tapılıb.