Bacısını bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bacısını bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib Bakıda bacısını bıçaqlamada təqsirləndirilən Elton Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
29 Sentyabr , 2021 09:34
Bacısını bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda bacısını bıçaqlamada təqsirləndirilən Elton Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü E.Əkbərli küçədə qardaşının hücumuna məruz qalıb. O, bacısının üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

Son xəbərlər

Orphus sistemi