"Zenit"in hücumçusu avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub

Hadisə
  • 22 fevral, 2019
  • 05:54
Zenitin hücumçusu avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın “Zenit” klubunun hücumçusu Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard buna Avropa Liqasının 1/16 finalında Türkiyə “Fənərbağça”sını evdə 3:1 hesabı ilə məğlub etdikləri cavab matçında nail olub. Görüşün 4-cü dəqiqəsində komanda yoldaşı Məhəmməd Ozdoyevə məhsuldar ötürmə verən, 37 və 76-cı dəqiqələrdə isə özü fərqlənən S.Azmun, bununla da avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub.

Onun hesabında 8, Əli Daeidə 6, Mehdi Mahdavikiya və Saman Qoddosda isə 5 qol var. Daei və Mahdavikiya futbolçu karyeralarını başa vurublar. Qaddos isə hazırda karyerasını Fransanın "Amyen" klubunda davam etdirir. 

Qeyd edək ki, Sərdar Azmun həftənin ən yaxşı oyunçusu adına da namizəddir.