Abşeron. 27 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.
*** 20:13
Abşeron rayonunda fəhlə torpaq uçqunu nəticəsində ölüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.
Belə ki, 28 yaşlı Elvin adlı şəxs torpaq uçqunu altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, ölən şəxs ailəlidir, iki azyaşlı övladı var.
Onun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olduğu bildirilir.
Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.