​“Azərsu” icra hakimiyyətini məhkəməyə verib

​“Azərsu” icra hakimiyyətini məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
20 Noyabr , 2015 09:26
​“Azərsu” icra hakimiyyətini məhkəməyə verib

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report"un məlumatına görə, “Azərsu” sərəncamların etibarsız hesab edilməsi və kanalizasiya kollektorunun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan Xətai rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. Üçüncü şəxslər qismində isə Rəsulov Rəsul Xələf oğlu və Hacıyev Nicat Davud oğlu göstərilib.

Son xəbərlər

Orphus sistemi