“Azərsu”: Bakıdakı iş binasında yanğın zamanı ərazini fasiləsiz su ilə təmin etmişik

“Azərsu”: Bakıdakı iş binasında yanğın zamanı ərazini fasiləsiz su ilə təmin etmişik "Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub"
Hadisə
28 Aprel , 2018 23:25
“Azərsu”: Bakıdakı iş binasında yanğın zamanı ərazini fasiləsiz su ilə təmin etmişik
Azərsu / Report

Bakı. 28 aprel. REPORT.AZ/ “Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edb”.

“Report”un xəbərinə görə, bunu ASC-nin şöbə rəisi Anar Cəbrayıllı bilirib.

O qeyd edib ki, binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub:

“Həmin ərazidə “Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib. Bildirmək istəyirəm ki, hətta yanan binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. “Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”.

Bu gün Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib və hər iki yanğın söndürülüb. Gündüz saatlarında baş verən birinci yanğın 3 saatdan artıq davam edib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında yanğının uzun müddət davam etməsini ərazidə su qıtlığı olması ilə izah edib: “Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub”. 

Son xəbərlər

Orphus sistemi