“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır

“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır ​​​​​​​Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də mənimsəməyə yol vermiş Sücayət Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
717
25 Sentyabr , 2020 09:42
“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də mənimsəməyə yol vermiş Sücayət Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında araşdırılacaq.

İttihama görə, S.Ələkbərovanın işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəməyə yol verib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi