Bakı. 23 may. REPORT.AZ/ "Azərittifaq Sənaye Müəssisələri Birliyi" Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsini məhkəməyə verib.
"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən birlik məcburi dövlət sosial sığorta haqqlarının yığılması barədə tələb irəli sürülüb.
İş hakim Şərafət Məmmədovanın icraatına verilib.