"Azərişıq" ASC: Cəlilabad Elektrik Şəbəkəsinin rəisi xəstəxanaya yerləşdirilib

"Azərişıq" ASC: Cəlilabad Elektrik Şəbəkəsinin rəisi xəstəxanaya yerləşdirilib Tanrıverdi Mustafayev: "Yayılan informasiyaların heç bir əsası yoxdur"
Hadisə
18 İyul , 2017 11:29
Azərişıq ASC: Cəlilabad Elektrik Şəbəkəsinin rəisi xəstəxanaya yerləşdirilib

Bakı. 18 iyul. REPORT.AZ/ "Azərişıq" ASC Cəlilabad Elektrik Şəbəkəsinin rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev  "Report"a bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədov səhhəti ilə əlaqədər xəstəxanaya yerləşdirilib: "Aydın Məmmədov işdən çıxarılmayıb. Bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Şəbəkənin rəisi səhhətində baş verən problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və müalicə olunur. Təbii ki, rəis olmayanda onu kimsə əvəz etməlidir. Şəbəkədə rəis müavini, baş mühəndis və satış şöbəsinin rəisi var, Aydın Məmmədovu onlardan biri əvəz edir".

Qeyd edək ki, bir neçə gün öncə bəzi saytlarda A.Məmmədovun vətəndaşları təhqir etməsi barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi