Sumqayıt
“Report”un xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Mustafayevin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, N.Mustafayev “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin Xudat istismar sahəsinin aparıcı mühəndisi vəzifəsində işləyən zaman 2019-cu il martın 22-də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində 10 KVt-luq “Nərimanov” elektrik hava xəttində təmir işini Xudat istismar sahəsinin elektrik montyoru Əhməd Ağamova tapşırıb.
Ə.Ağamov isə elektrik hava xəttinin dirəyinə qalxıb, təmir işləri görən zaman yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Bu iş üzrə N.Mustafayevin barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə N.Mustafayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, o, əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, daha yüngül cəza verilməsini istəyib.