"Azərenerji": Şimal Elektrik Stansiyasındakı qəza enerji sisteminin fəaliyyətinə təsir etməyib

Hadisə
  • 13 noyabr, 2018
  • 13:44
Azərenerji: Şimal Elektrik Stansiyasındakı qəza enerji sisteminin fəaliyyətinə təsir etməyib
Yəhya Babanlı

Bakı. 13 noyabr. REPORT.AZ/ “Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”.

Bunu “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib: “Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib”.

44 filmi