Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Hadisə
  • 25 yanvar, 2019
  • 06:45
Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Astana. 22 yanvar. REPORT.AZ/ Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.

“Report”un Astana bürosunun verdiyi məlumata görə, Rusiyada axtarışda olan azərbaycanlı, 1985-ci il təvəllüdlü Çubayev Məhəmməd Sultan oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

O, quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl digər Rusiyada axtarışda olan azərbaycanlı Əliyev Nuru Baxşı oğlu da Qazaxıstanın Pavlodar şəhərində saxlanılaraq geri təhvil verilib.