Zlində azərbaycanlı gənc iki çex uşağı ölümdən xilas edib

Zlində azərbaycanlı gənc iki çex uşağı ölümdən xilas edib Varşava. 21 yanvar. REPORT.AZ/ Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Ruslan Aslanov yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.
Hadisə
21 Yanvar , 2019 09:20
Zlində azərbaycanlı gənc iki çex uşağı ölümdən xilas edib
0 : 00
0 : 00

Varşava. 21 yanvar. REPORT.AZ/ Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Ruslan Aslanov yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.

“Report”un Polşa bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 19-da baş verib.

Şəhərin kənarındakı kiçik kafelərin birində qəflətən baş verən yanğın zamanı yaranan təşvişdə obyektdən küçəyə atılan insanlar arasında qadın müştərilərdən birinin 2 azyaşlı uşağı kafedə qalıb. Yanğınsöndürənlər gələnə qədər alov şidddətləndiyindən azyaşlılar faktiki olaraq ölümlə üzləşiblər, uşaqların anası daxil olmaqla heç kim uşaqları xilas edə bilməyib. Yalnız insanlar arasında R.Aslanov bir neçə nəfərin üst geyimini alaraq ona bürünüb içəri girib və uşaqları xilas edib. 

Hadisə nəticəsində azərbaycanlı gənc və azyaşlı çexlər yüngül xəsarət alıblar. Etdiyi fədakarlığa görə uşaqların valideynləri azərbaycanlıya mükafat təqdim etsələr də, o, bundan imtina edib.

Qeyd edək ki, R.Aslanov Çexiyada və Polşada kiçik bizneslə məşğuldur.

Son xəbərlər

Orphus sistemi