Azərbaycanlı baş məşqcinin komandası Küveytdə keçirilən çempionatda 1-ci yerə çıxıb - FOTO

Azərbaycanlı baş məşqcinin komandası Küveytdə keçirilən çempionatda 1-ci yerə çıxıb - FOTO Bakı. 22 aprel. REPORT.AZ/ Əl-Küveyt şəhərində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Navaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın himayəsi və Küveyt Karate Federasiyasının (KKF) təşkilatçılığı ilə karate üzrə keçirilmiş 25-ci ölkə çempionatında ölkənin “Əl-Şəbəb” klubu azərbaycanlı baş məşqci Elnur İbrahimin rəhbərliyi altında çempionatda üç yaş qrupu (böyüklər, uşaqlar və gənclər - yeniyetmələr) üzrə 1-ci yeri qazanıb.
Hadisə
22 Aprel , 2018 12:19
Azərbaycanlı baş məşqcinin komandası Küveytdə keçirilən çempionatda 1-ci yerə çıxıb - FOTO

Bakı. 22 aprel. REPORT.AZ/ Əl-Küveyt şəhərində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Navaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın himayəsi və Küveyt Karate Federasiyasının (KKF) təşkilatçılığı ilə karate üzrə keçirilmiş 25-ci ölkə çempionatında ölkənin “Əl-Şəbəb” klubu azərbaycanlı baş məşqci Elnur İbrahimin rəhbərliyi altında çempionatda üç yaş qrupu (böyüklər, uşaqlar və gənclər - yeniyetmələr) üzrə 1-ci yeri qazanıb.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən "Report"a verilən məlumata görə, “Əl-Şəbəb” klubunun baş məşqçisi həmyerlimiz E.İbrahimin yetirmələri bir il ərzində bütün kateqoriyalarda birinci olublar.

Klub 2017-2018-ci il mövsümündə ən yüksək xal - 20 xal toplayaraq əsas kuboka da sahib olub. Bu, Küveyt Karate Federasiyası yaranan tarixdən bugünədək ən yüksək nəticədir. Çempionatın bağlanış mərasimi zamanı “Əl-Şəbəb” klubunun baş məşqçisi E.İbrahim və onun yetirmələri Küveytin “Əl-Havalli” rayonunun qubernatoru, Vəliəhdin oğlu Şeyx Əhməd Əl-Nafav və KKF-nin prezidenti Mənəhi Əl-Fadli tərəfindən mükafatlandırılıblar, onlara kubok, fəxri fərman və hədiyyələr təqdim olunub.

Karate üzrə dünya və Avropa çempionu E.İbrahim 5 il Küveytin karate üzrə milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. Hazırda isə o, KKF-nin “Əl-Şəbəb” klubunun baş məşqçisi olaraq küveytli karateçiləri ölkə çempionatlarına və beynəlxalq yarışlara hazırlayır. Onun yetirmələri bir çox nüfuzlu yarışlarda yüksək nəticələr əldə ediblər.

Son xəbərlər

Orphus sistemi