Yuxarı

​Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb, ölənlər var - ƏLAVƏ OLUNUB

Qəza Əfqanıstan ərazisində baş verib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Təyyarə pilotlarının yaxınlarının "Report"a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.

Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.

*** ƏLAVƏ OLUNUB

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində ölkə daxilində yük daşımaları məqsədilə Azərbaycanın "Silk Way" şirkətindən icarəyə götürülən "An-12" təyyarəsində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verib.

Hadisə Bakı vaxtı ilə təqribən saat 18:30 radələrində qeydə alınıb. İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunub. Hava gəmisinin heyət üzvləri arasında 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan vətəndaşı olub.

Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırılması məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün istifadə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi