Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olub.
Hadisə
28 Sentyabr , 2021 23:45
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 maqnitudada baş verib.

23:12

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi