Yuxarı

Azərbaycanda dörd bal gücündə zəlzələ olub - YENİLƏNİB

Zəlzələnin episentri İmişli rayonudur

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

*** 09:12

Gəncə. 1 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Gəncə şəhərində zəlzələ olub.

"Report"un Qərb bürosunun məlumatına görə, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi